Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyırıq, bura Qarabağ da daxildir”

“Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyırıq, bura Qarabağ da daxildir”

“Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 km² ərazisini tanıyır”, – deyə hökumət başçısı əlavə edib.

Xatırladaq ki, N. Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığını bildirmişdi.

Editor

Related Posts