Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Samirə Yusifqızı:”Qızımın namusuna kimsə bir söz deyə bilməz”

Samirə Yusifqızı:”Qızımın namusuna kimsə bir söz deyə bilməz”

Müğənni Samirə Yusifqızı açıqlaması ilə diqqət çəkib.

Birinci 24 xəbər verir ki, hazırda Alanyada olduğunu bildirən müğənni bir neçə gün sonra Bakıya qayıdacağını deyib.

“Hazırda Alanyadayam. Bakı restoranında çalışıram. Türkiyəyə gəlməyimin məqsədi Bakıdakı işlərimin zəif olması idi. Oğlumla bərabər restoranda işləyirəm. Maddiyata və oğluma dəstək olmağa görə burada səhnəyə çıxıram. Həmyerlilərimiz burada olduğumuzu bilib gəlirlər. Maddiyat məni təmin etmədiyinə görə tezliklə Azərbaycana qayıdacam” deyə müğənni bildirib.

Müğənni ona paxıllıq edənlərdən də danışıb.

“Paxıllığımı çəkənlər çox olub. Şou-biznesdə paxıllıq tək mənə yox, hamıya qarşı var. Mən paxıllıq etmirəm. Paxıla Allah vermir, paxılın dişlərində qurdlar olur. Mənim qurdlarım yoxdur. Allahın verdiyi ruziyə, sağlamlığa görə şükürlər etmək lazımdır” deyə müğənni bildirib.

Samirə Yusifqızı qızına sənətdə dəstək olduğunu bildirib.

“Övladlarımla fəxr edirəm. Qızım da mənim kişi xasiyyətində qızdır. Onun qeyrətinə, namusuna kimsə bir söz deyə bilməz. Mən ona dəstəyəm. Sənətdə işlərimiz də çox olacaq. Vaxt gələcək ona Samirə xanımın qızı Fərəh yox, Fərəhin anası Samirə xanım deyəcəklər. O zaman mən fəxr edəcəm. Çox sevinərəm ki, övladım məndən də irəli getsin” deyə sənətçi bildirib.

admin

Related Posts