Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Dəstə kəndində tibbi aksiya keçirilib

Dəstə kəndində tibbi aksiya keçirilib

Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin tibbi heyəti Ordubad rayonunun Dəstə kəndində tibbi aksiya təşkil edib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tibbi aksiyada ümumilikdə 38 sakinə ginekoloji xidmət göstərilib.

Perinatal Mərkəzin ginekoloq, funksionalist, laborant və ginekoloqlardan ibarət həkim briqadası Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə birgə qadınlarla maarifləndirici söhbətlər aparıb, onlara ailə planlaşdırılması və qadın sağlamlığı mövzusunda ətraflı məlumat veriblər.

admin

Related Posts