Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qazaxıstandakı meşə yanğınında ölənlərin sayı artdı

Qazaxıstandakı meşə yanğınında ölənlərin sayı artdı

Qazaxıstanda iyunun 8-də ölkənin şərqindəki Abay vilayətində baş verən meşə yanğınında həyatını itirənlərin sayı 15-ə yüksəlib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, iyunun 10-da yoxa çıxan meşə işçisi Sergey Arhipovun cansız cəsədi tapılıb.

Bundan əvvəl sözügedən işçinin yanğınsöndürmə işləri üçün traktoru ilə yola çıxdığı, bir müddət sonra onunla əlaqənin kəsildiyi açıqlanıb.

Qeyd edək ki, iyunun 12-də ölkədə həyatını itirən meşə işçiləri üçün Ümummilli matəm elan edilib.

Editor

Related Posts