Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AXCP qurultaylarını Maştağada keçirəcək

AXCP qurultaylarını Maştağada keçirəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultaylarını Maştağa mədəniyyət evinin zalında keçirəcək.

Bu barədə partiyanın sədri Əli Kərimli məlumat yayıb.

Partiya sədri bildirib ki, onlara əvvəlki illərdəki məkanlarda qurultay keçirməyə icazə verilmir:

“Hətta əvvəlki illərdə qurultay keçirdiyimiz zallarda da indi qurultay keçirməyə imkan verilmir. Qurultayımız isə belə maneələrə görə illərlə yubanır. Ona görə də qərara gəldik ki, hakimiyyətin razılaşdığı Maştağa mədəniyyət evinin zalı kiçik olsa da, qurultayımızı birtəhər keçirək. 24 iyun 2023-cü il saat 10-da AXCP növbəti qurultayı işinə başlayacaq. Zal kiçik olduğu üçün qonaq dəvət edə bilməyəcəyik. Potensial qonaqlarımız üzrlü bilsinlər. Qurultayımız mətbuat üçün açıqdır”.

Editor

Related Posts