Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma – Ölənlər var

İsrail qüvvələri ilə fələstinlilər arasında qarşıdurma – Ölənlər var

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi basqında 3 fələstinli şəhid olub, 29 nəfər isə yaralanıb.

İsrail əsgərləri onlarla zirehli hərbi maşınla Ceninə basqın ediblər, bəzi evlərə snayperlər yerləşdirilib.

Hadisə zamanı Fələstin sakinləri ilə İsrail əsgərləri arasında qarşıdurma yaranıb.

İsrail qüvvələri rezin güllə, qaz və səs bombaları ilə fələstinli gənclərə müdaxilə edib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail əsgərlərinin Cenin bölgəsində həyata keçirdiyi basqında 3 fələstinli şəhid olub, 29 nəfər isə yaralanıb.

Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edilib ki, Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri həbs edirlər. Zaman-zaman bu təcavüzlərə reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında toqquşmalar baş verir.

Editor

Related Posts