Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İrəvan və Bakı bu msələlərdə razılığa gələ bilmir – Nazir müavini

İrəvan və Bakı bu msələlərdə razılığa gələ bilmir – Nazir müavini

“Elə fundamental məsələlər var ki, onların ətrafında razılaşa bilmirik”. 

Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında Azərbaycanla imzalancaq sülh sazişi barəsində mövqeyini açıqlayarkən deyib.

O, izah edib ki, hazırda xəritədə delimitasiya prosesinin hansı ildə aparılacağı, qarant institutu ilə bağlı, Bakı ilə Xankəndi arasında Qarabağdakı ermənilərin hüquqların təmin edilməsi məsələsində beynəlxalq dialoq mexanizmləri ilə bağlı heç bir razılaşma yoxdur. 

Kostanyan əlavə edib ki, bu məsələlərdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir.

“Biz bütün bu sahələr üzrə nəticənin əldə olunmasında maraqlıyıq”, – nazir müavini deyib.

Editor

Related Posts