Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universitetində yenilik: MBA üzrə yeni ixtisaslaşma yaradılıb

“Naxçıvan” Universitetində yenilik: MBA üzrə yeni ixtisaslaşma yaradılıb

Birinci 24 xəbər verir ki, “Naxçıvan” Universitetində MBA (Master of Business Administration) proqramı çərçivəsində “Biznesin idarə edilməsi” üzrə “Ümumi təyinatlı” yeni ixtisaslaşma yaradılıb. Bu barədə “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli ətraflı məlumat verib. Bildirib ki, yeni ixtisaslaşmanın tədrisinə bu ildən etibarən başlanılacaq. Anar Abuzərli açıqlamasında qeyd edib ki, universitetinin təqdim etdiyi MBA proqramının əsas üstünlüyü tələbələrə təcrübə yönümlü bilik və bacarıqlar qazandırmaq, eyni zamanda iş həyatına hazırlamaqdan ibarətdir. Artıq MBA proqramı üzrə təhsil almaq istəyən tələbələr “Naxçıvan” Universitetini rahatlıqla seçə biləcək. Həmçinin qeyd edilib ki, təhsilin davam etmə müddəti ənənəvi magistr təhsil proqramına uyğun olaraq 2 il nəzərdə tutulub.

admin

Related Posts