Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda uşaqlar üçün “Yay futbol düşərgəsi”nə start verilib

Naxçıvanda uşaqlar üçün “Yay futbol düşərgəsi”nə start verilib

Birinci 24 xəbər verir ki, Futbolun İnkişaf Fondu, “Araz Naxçıvan” futbol klubu və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş uşaqlar üçün “Yay futbol düşərgəsi”nə start verilib.

FİFA Fondunun maliyyə dəstəyi, UNİCEF və Yelo Bankın dəstəyi ilə təşkil olunan düşərgədə aztəminatlı ailələrdən olan 40 nəfər uşaq iştirak edir.

Naxçıvan şəhərində keçirilən düşərgənin açılışında Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, “Araz Naxçıvan” futbol klubu idarə heyətinin sədr müavini Sakit Rzayev və digər tərəfdaş qurumların nümayəndələri çıxış edərək iştirakçıları salamlayıblar.

Qeyd edək ki, yeddi günlük düşərgə zamanı müxtəlif mövzuları əhatə edən fərdi inkişaf təlimləri və futbol dərsləri təşkil olunacaq, müxtəlif sahələrdən qonaqlar dəvət ediləcək. Həmçinin düşərgə zamanı Heydər Əliyev irsi təbliğ olunacaq, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə ekskursiya təşkil ediləcək.

admin

Related Posts