Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan şəhərində əmək yarmarkası başlayıb – YENİLƏNƏCƏK

Naxçıvan şəhərində əmək yarmarkası başlayıb – YENİLƏNƏCƏK

Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilir.

Naxçıvan Biznes Mərkəzində keçirilən əmək yarmarkasında 30 dövlət müəssisəsindən 325, 80 özəl müəssisədən 315 olmaqla, ümumilikdə 110 müəssisədən 640 vakansiya, o cümlədən haqqı ödənilən ictimai işlər üzrə 347 vakansiya yarmarkada işaxtaran və işsiz vətəndaşlara təqdim olunur.

Yarmarkada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslər də iştirak edir.

Səlahiyyətli nümayəndə yarmarkanın açılışı münasibətilə iştirakçıları təbrik edib, bu qədər yüksək miqdarda iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib. Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair (2023-2027-ci illər) Dövlət Proqramı çərçivəsində Naxçıvanda minlərlə iş yerinin yaradılmasının hədəfləndiyini də diqqətə çatdırıb.

Səlahiyyətli nümayəndə həmçinin yarmarkaların ayda bir dəfə keçirələciyini vurğulayıb.

admin

Related Posts