Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Türkiyə ilə birgə PUA istehsalı məsələsi nəzərdən keçirilir”

“Türkiyə ilə birgə PUA istehsalı məsələsi nəzərdən keçirilir”

“Türkiyə və Azərbaycan arasında birgə pilotsuz uçuş sistemlərinin istehsalı məsələsi nəzərdən keçirilir”.

Birinci 24 xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “CBC” telekanalına müsahibəsində danışıb.

“Qardaş Türkiyə ilə çox sıx əməkdaşlığımız mövcuddur və birgə layihə var. Burada söhbət təkcə yeni pilotsuz uçuş sistemlərinin alınmasından yox, həm də onların birgə istehsalından və burada istismarından gedir. Bu məsələlər artıq həll edilir və yaxın gələcəkdə, çox güman ki, ictimaiyyətə bu barədə məlumat veriləcək.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığa xüsusi diqqət yetirir. Bildiyiniz kimi, biz çox güclü inteqrasiya olunmuşuq, birgə təlimlər həyata keçiririk”, – Z.Həsənov bildirib.

Editor

Related Posts