Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Polis Bakı kəndlərində əməliyyat keçirib, saxlanılanlar var

Polis Bakı kəndlərində əməliyyat keçirib, saxlanılanlar var

İyun ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb.

Sabunçu polisi Ləhiş bağları, Maştağa, Nardaran və Ramanada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib.

Editor

Related Posts