Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Fransa hakimiyyəti artıq vəziyyətin öhdəsindən gələ bilmir”

“Fransa hakimiyyəti artıq vəziyyətin öhdəsindən gələ bilmir”

“Fransa heç vaxt demokratik olmayıb. Onlar strategiyanı belə qurublar. Özlərinə sərf edən informasiyanı sosial şəbəkədə yayırlar, özlərinə imic qururlar”.

Birinci 24 APA-ya istinadən xəbər verir ki, bunu Martinikin Azadlığı Partiyasının nümayəndəsi Luc Francis Carole Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində baş tutan dəyirmi masadan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlcə pensiya islahatı, daha sonra isə 17 yaşlı əlcəzairlinin öldürülməsi ilə Fransada vəziyyət gərginləşib.

“Hakimiyyət göstərmək istəyir ki, o, istədiyini edə bilər, ancaq onlar artıq vəziyyətin öhdəsindən gələ bilmir”, – o qeyd edib.

Fransız Polineziyası Assambleyasının Prezidenti (Fransız Polineziyası) Antony Geros qeyd edib ki, Fransa hökuməti onun ölkəsinin əhalisinə qarşı vurduğu ziyana, xüsusilə də ətraf mühit və əhalinin sağlamlığına dəyən ziyana görə təzminat ödəməyib.

Editor

Related Posts