Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukrayna Prezidenti sabah Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti sabah Türkiyəyə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 7-də Türkiyəyə işgüzar səfər edəcək.

Birinci 24 Anadolu agentliyinə istinadla xəbər verir ki, Ukraynanın dövlət başçısı İstanbula Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəlir.

Agentliyin məlumatına görə, səfər çərçivəsində prezidentlərin təkbətək və nümayəndə heyətləri ilə görüşü olacaq. Görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət, müddəti iyulun 17-də başa çatacaq taxıl dəhlizi sazişi və Ankara ilə Kiyev arasında ikitərəfli əlaqələr müzakirə ediləcək.

Editor

Related Posts