Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rus sülhməramlıları bayrağımızı dirəkdən sökərək yerə salıbmış… – Video

Rus sülhməramlıları bayrağımızı dirəkdən sökərək yerə salıbmış… – Video

“Erməni-Rusiya mənbələri iyunun 15-də Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının quraşdırılması zamanı baş verən insidentin daha dolğun görüntülərini yayıblar”.

Birinci 24 xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

“Beləliklə, onlar atəşin ermənilər tərəfdən açıldığını bir daha təsdiq etdilər. Bayrağın quraşdırılmasına çəkinərək mane olmağa çalışan Rusiya sülhməramlı kontingentinin nümayəndələri də Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Sonda erməni snayper artıq qoyulmuş (ikinci dəfə) bayrağa atəş açır.
Bundan sonra nə baş verdi, bilirsiniz: snayperlərin sıradan çıxarılması, BQXK-dan başqa hamı üçün yolun bağlanması, ümumi gərginliyin artması və nəticədə Qarabağda “Qisas-2””, – məlumatda bildirilib.
Qeyd edək ki, yayılan görüntülərdə Rusiya sülhməramlı kontingentinin nümayəndələrindən birinin Azərbaycan Bayrağını dirəkdən sökərək yerə saldığı müşahidə olunur.

Həmin kadrları təqdim edirik:

Editor

Related Posts