Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Erməni diversantlara Sumqayıtda hökm oxundu

Erməni diversantlara Sumqayıtda hökm oxundu

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub.

Birinci 24 APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hakimlər kollegiyası müşavirədən qayıdaraq hökmü elan edib.

Hökmə əsasən, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Dünən keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə 12 il cəza istəyib.

Editor

Related Posts