Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda gənclər “Suya qənaət edək!” şüarı ilə aksiya keçirib

Naxçıvanda gənclər “Suya qənaət edək!” şüarı ilə aksiya keçirib

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən “Suya qənaət edək!” şüarı ilə aksiya keçirilib.

Dünyanı bürüyən qlobal istiləşmənin yaratdığı çətinliklərdən biri də içməli su qıtlığıdır. Buna görə də qlobal səviyyədə suya qənaət dövrümüzün aktual tədbirlərindəndir. Naxçıvanlı gənclər də bu tədbirlərə qoşulur, cəmiyyətimizi sudan qənaətlə istifadə etməyə səsləyir. Bu məqsədlə keçirilən növbəti aksiya çərçivəsində Naxçıvan şəhərindəki Gənclik Mərkəzinin yaxınlığında məlumat tenti yaradılıb. Könüllü gənclər tərəfindən əhaliyə maarifləndirici məlumatlar verilib, bukletlər paylanılıb. Eyni zamanda monitor vasitəsilə suya necə qənaət etmək lazım olduğunu izah edən videoçarxlar nümayiş etdirilib.

admin

Related Posts