Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ekologiya könüllüləri muxtar respublika ərazisində ekoloji aksiyaları davam etdirirlər. Zəngəzur Milli parkının Batabat ərazisində aparılan aksiyada ekologiya könüllüləri ilə yanaşı nazirliyin və tabeliyində olan idarələrin əməkdaşları da iştirak ediblər. Aksiya iştirakçıları ətraf əraziləri məişət tullantılarından təmizləyiblər.
Batabatda təmizlik aksiyası keçirilib
