Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sosial şəbəkələr 1 milyon istifadəçini neçə müddətə toplayıblar? – Siyahı

Sosial şəbəkələr 1 milyon istifadəçini neçə müddətə toplayıblar? – Siyahı

Xəbər verdiyimiz kimi, 4 gün əvvəl – 6 iyul tarixində “Threads” sosial şəbəkəsi istifadəyə verilib.

Birinci 24 məşhur “Statista” portalına istinadən xəbər verir ki, “Threads” istifadəyə verildikdən cəmi bir saat sonra bu şəbəkədə 1 milyon istifadəçi qeydiyyatdan keçib.

Bildirilir ki, daha əvvəl heç bir sosial şəbəkə proqramı bu qədər qısa müddətdə 1 milyon istifadəçi toplaya bilməyib.

Ötən il istifadəyə verilən “ChatGPT” süni intellekt proqramı 1 milyon istifadəçiyə 5 gün ərzində çata bilib.

Digər məşhur sosial şəbəkə platformalarının 1 milyon istifadəçi toplaması isə aşağıdakı müddətlərdə reallaşıb:

“Threads” (2023) – 1 saata
“ChatGPT” (2022) – 5 günə
“İnstagram” (2010) – 2,5 aya
“Spotify” (2008) – 5 aya
“Dropbox” (2008) – 7 aya
“Facebook” (2004) – 10 aya
“Foursquare” (2009) – 13 aya
“Tvitter” (2006) – 2 ilə
“Airbnb” (2008) – 2,5 ilə
“Netflıx” (1999) – 3,5 ilə

Editor

Related Posts