Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şavkat Mirziyoyev 87,05 % səs toplayıb

Şavkat Mirziyoyev 87,05 % səs toplayıb

Özbəkistanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bu barədə ölkənin Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Zayniddin Nizamxodjayev brifinqdə bildirib.

Prezident seçkilərində Sahibkarlar və İş Adamları Hərəkatının – Özbəkistan Liberal Demokrat Partiyasının namizədi, ölkənin hazırkı Prezidenti Şavkat Mirziyoyev liderdir. O, seçicilərin 87,05 % səsini qazanıb.

“Ədalət” Sosial-Demokrat Partiyasının namizədi Robaxon Mahmudov 4,43 %, Özbəkistan Xalq-Demokratik Partiyasının namizədi Uluqbek İnoyatov 4,02 %, Özbəkistan Ekoloji Partiyasının namizədi Abduşükür Xamzayev 3,74 % səs toplayıb.

Qeyd edək ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-da keçirilib.

Editor

Related Posts