Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gədəbəydə qızıl zavodunun fəaliyyəti müvəqqəti dayandırılır

Gədəbəydə qızıl zavodunun fəaliyyəti müvəqqəti dayandırılır

“Süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur”.

Birinci 24 APA-ya istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, mövcud tullantı anbarının istismarının 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib:

“Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bu barədə Nazirlər Kabinetinə təklif veriləcək”.

Editor

Related Posts