Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ən çox bahalanan və ucuzlaşan məhsulların adı açıqlandı

Ən çox bahalanan və ucuzlaşan məhsulların adı açıqlandı

Bu ilin yanvar-iyun aylarında istehlak qiymətləri 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,5 faiz artıb.

Bu ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, unun, təzə balığın, sterilizə olunmuş üzlü südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, əriyin, gilasın, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, badımсanın, göy lobyanın, sarımsağın, soğanın, kartofun, yerkökünün, mərcinin, bahalaşma isə əsasən yumru düyünün, mal və qoyun ətinin, xamanın, zeytun yağının, limonun, kələmin, çuğundurun, şəkər və şəkər tozunun, kola içkisinin, limonadın qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Editor

Related Posts