Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zelenski: “ABŞ-dan alınan kasetli bombaları hərbi obyektlərə qarşı istifadə edəcəyik”

Zelenski: “ABŞ-dan alınan kasetli bombaları hərbi obyektlərə qarşı istifadə edəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun Kiyevə kasetli sursat göndərmək qərarından danışıb.

O bunu NATO-nun Vilnüs sammitində ABŞ lideri Co Baydenlə görüşü ərəfəsində bəyan edib.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin kasetli bombalardan yalnız hərbi obyektlərə qarşı istifadə edəcəyini deyib.

Ukrayna Prezidenti etiraf edib ki, Kiyevin amerikalı tərəfdaşları ilə xırda detallarda fikir ayrılıqları yaranıb.

Vaşinqton və ABŞ Konqresində kaset sursatlarının tədarükü mübahisələrə səbəb olub.

Bəzi siyasətçilər bu cür mərmilərin ötürülməsinə dəstək verməyiblər.

“Mən istəyirəm ki, biz buna fərqli nöqteyi-nəzərdən – ədalət baxımından baxaq”, – Zelenski bildirib.

O, ABŞ Prezidenti Baydenə kasetli bombası tədarükü ilə bağlı qərarına görə təşəkkür edib.

ABŞ iyulun 7-də Kiyevə kaset sursatlarının verdiyini açıqlayıb.

Mülki əhali üçün risklərə baxmayaraq, Prezident Bayden administrasiyası əmin edib ki, bu cür silahlar Ukrayna ordusuna itirilmiş əraziləri daha tez azad etməyə kömək edə bilər.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb.

Editor

Related Posts