Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 1,2 dəfə, ixracın həcmi isə 2,9 dəfə artıb

Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 1,2 dəfə, ixracın həcmi isə 2,9 dəfə artıb

Birinci 24 xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində 2023-cü ilin birinci yarısı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda bildirilib.

Vurğulanıb ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən qeydə alınan idxal əməliyyatlarının həcmi 67 milyon 804 min ABŞ dolları, ixrac əməliyyatlarının həcmi isə 7 milyon 936 min ABŞ dolları dəyərində olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxalın həcmi 1,2 dəfə, ixracın həcmi isə 2,9 dəfə artıb.

admin

Related Posts