Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiya “Taxıl Sazişi”nin müzakirəsinə qayıtmaq üçün şərtlərini açıqladı

Rusiya “Taxıl Sazişi”nin müzakirəsinə qayıtmaq üçün şərtlərini açıqladı

“BMT-nin Rusiya taxılının və gübrələrinin ixracına dair Moskva ilə memorandumu yerinə yetirmək üçün hələ vaxtı var”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.

“BMT-nin memorandumu həyata keçirmək, konkret nəticələr əldə etmək üçün daha üç ayı var. Ona görə də indi BMT Katibliyinin mikrofonlarına qaçmaq yox, bu üç aydan konkret nəticələr əldə etmək üçün istifadə etmək lazımdır”, – o deyib.

Zaxarova Rusiyanın “Taxıl Sazişi”nin müzakirəsinə qayıtması şərtini də açıqlayıb. Onun sözlərinə görə, bu, memorandumun icrası ilə bağlı konkret nəticələr olarsa, baş verə bilər.

Xatırladaq ki, iyulun 17-də Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı sazişlərə xitam verilib.

Editor

Related Posts