Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda FHN və Ombudsman Aparatı birgə tədbir təşkil edib

Naxçıvanda FHN və Ombudsman Aparatı birgə tədbir təşkil edib

Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə vəziyyət zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi: hüquqlar və vəzifələr” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Mülki Müdafiə Alayının şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə “Fövqəladə vəziyyət zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi”, “İnsan hüquqlarının məhkəmədənkənar müdafiə mexanizmi – Ombudsman” və “Fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlər və müvəqqəti məhdudiyyətlər” mövzusunda çıxışlar dinlənilib.

Çıxış edənlər iştirakçıların diqqətinə fövqəladə vəziyyətin tətbiq edilməsinin əsasları, fövqəladə vəziyyətlərdə qoyulan müvəqqəti məhdudiyyətlər, eləcə də fövqəladə vəziyyətin qüvvədə olma müddəti, ləğv edilməsi və digər məlumatlar çatdırılıb.

Sonda videoçarx nümayiş etdirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

admin

Related Posts