Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağbulaq İstirahət Mərkəzində “Diabet mənim dostumdur” düşərgəsi başa çatır

Ağbulaq İstirahət Mərkəzində “Diabet mənim dostumdur” düşərgəsi başa çatır

Birinci 24 xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzində “Diabet mənim dostumdur” adlı düşərgənin sonuncu günü ilə bağlı tədbir təşkil olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, “Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru Elnur İbrahimov, uşaqlar və onların valideynləri iştirak edirlər.

Qeyd edək ki, “Diabet mənim dostumdur” adlı istirahət düşərgəsi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində 0-18 yaş uşaqlar üçün təşkil edilib. Muxtar respublikada ilk dəfə keçirilən tədbirdə ilkin olaraq 34 diabetli uşaq valideynləri ilə birgə iştirak edib.

Layihə çərçivəsində 0-18 yaş tip 1 diabetli uşaqların daimi qlükoza sensoru Səhiyyə Nazirliyi tərəfindən təmin edilib.

admin

Related Posts