Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Cənubi Qafqazda münaqişənin sona çatması region ölkələrinin əməkdaşlığı üçün tarixi fürsətdir” – Abdullahian

“Cənubi Qafqazda münaqişənin sona çatması region ölkələrinin əməkdaşlığı üçün tarixi fürsətdir” – Abdullahian

“Cənubi Qafqazda münaqişənin sona çatması region ölkələrinə sülhün və əməkdaşlığın təşviqi üçün tarixi fürsətdir”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda “3+3” formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə deyib.

“Biz inanırıq ki, bu gün bütün ölkələrimiz üçün tarixi fürsətdir. Cənubi Qafqazda müharibə başa çatıb və Qafqazda sülh, əməkdaşlıq və inkişafın vaxtıdır”, – deyə iranlı nazir vurğulayıb.

O bildirib ki, “3+3” formatında görüşün əsas məqsədi regiondankənar oyunçuların müdaxiləsi olmadan region ölkələrinin birbaşa iştirakı ilə mövcud problemləri həll etməkdir.

Editor

Related Posts