Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Google” İsrail və Qəzzada yol hərəkəti məlumatlarını ləğv etdi

“Google” İsrail və Qəzzada yol hərəkəti məlumatlarını ləğv etdi

“Google” İsrail ordusunun tələbi ilə İsrail və Qəzza zolağında “Google Maps” və “Waze” proqramlarında yol hərəkəti məlumatlarını ləğv edib.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Biz əvvəllər münaqişə vəziyyətlərində etdiyimiz kimi və regionda dəyişən vəziyyətə cavab olaraq, təhlükəsizlik məqsədi ilə real vaxt rejimində nəqliyyat və sıxlıq məlumatlarına baxmaq imkanını müvəqqəti olaraq aradan qaldırdıq”, – agentlik şirkət nümayəndəsindən sitat gətirib.

Bu qərarın səbəbi odur ki, real vaxt rejimində yol məlumatlarından İsrail qoşunlarının hərəkəti haqqında məlumat əldə etmək olur.

Adı açıqlanmayan şirkət nümayəndəsinin sözlərinə görə, “Google” yol hərəkəti məlumatlarını İsrail Müdafiə Qüvvələrinin (İDF) tələbi ilə silib.

“Bloomberg”in məlumatına görə, “Google” əvvəllər də oxşar təcrübəyə əl atıb – o, 2022-ci ilin martında Ukraynada öz proqramlarında real vaxt rejimində yol hərəkəti məlumatlarına baxmaq imkanını ləğv edib.

Editor

Related Posts