Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əhməd cinayəti tək törətməyib? – Vəkili Əhmədin xalasından GÖRÜN NƏLƏR DANIŞDI

Əhməd cinayəti tək törətməyib? – Vəkili Əhmədin xalasından GÖRÜN NƏLƏR DANIŞDI

“Hazırda cinayət Əhmədin işi üzrə gedir. Yəqin ki, Əhmədin xalasının dedikləri ilə bağlı məsələni istintaq öz üzərinə götürüb araşdıracaq. Mən Əhmədin işinə cavabdehəm, digər hər hansı hal olubsa, bu istintaqın işidir”.

Birinci24.com xəbər verir ki, bunu Referans.az-a açıqlamasında ikisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə təqsirli bilinən Əhməd Əhmədovun vəkili Sənan Hüseynov Əhmədin xalasının bu yaxınlarda bacısı oğlunun cinayət işini tək törətməməsi ilə bağlı ilə verdiyi açıqlamaya cavab olaraq bildirib.

Vəkil bildirib ki, Əhməd Əhmədovun cinayət işi adi iş deyil. Çünki işlə bağlı detallı araşdırma aparmaq olmur: “Ona görə də tam ətraflı məlumat verə bilməyəcəm. Məhkəmə qərarından sonra bu haqda ictimaiyyətə danışacam”.

Sənan Hüseynov həmçinin bildirib ki, müəyyən şəxslər var ki, onların təhlükəsizliyi ilə bağlı məlumat verə bilmir.

Qeyd edək ki, fevralın 13-də saat 16 radələrində Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovun törətdiyi cinayət hadisəsi ictimaiyyət arasında böyük səs- küy yaradıb.

Editor

Related Posts