Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Avropa Birliyinin Ermənistana hərbi yardım edəcəyi bildirilir

Avropa Birliyinin Ermənistana hərbi yardım edəcəyi bildirilir

Macarıstan Avropa İttifaqının Ermənistana ilk hərbi yardımına veto qoymağı dayandırıb.

Birinci24.com xəbər verir ki, Aİ diplomatik mənbələri “Azadlıq Radiosu”nun Ermənistan bölməsinə belə bildiriblər.

Deyiblər ki, aylarla davam edən müzakirələrdən sonra 27 dövlətdən ibarət blok bu ilin əvvəlində Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fond olan Avropa Sülh Fondundan 10 milyon avro (təxminən 11 milyon dollar) dəyərində “qeyri-öldürücü” yardımı təsdiqləyib.

Bu vəsait növbəti iki il yarım ərzində səhra hospitalının və taborluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf ediləcək. Vəsait Aİ-nin bütün üzv dövlətlərinin yekdil dəstəyi ilə ayrılır.

Apreldə Macarıstan bu qərarın qəbuluna veto qoymuşdu. Bildirmişdi ki, Azərbaycana da analoji yardım ayrılmalıdır.

Mənbələr bildiriblər ki, iyulun 1-də Aİ-nin dönəmli sədrliyini təhvil alan Budapeşt sonradan digər Avropa ölkələri ilə kompromis razılaşmasının bir hissəsi kimi vetodan imtina etməyə razılaşıb. Həmin müqaviləyə əsasən, Aİ Azərbaycanda minatəmizləmə fəaliyyətini başqa mənbədən maliyyələşdirəcək.

Adının açıqlanmasını istəməyən mənbələr əlavə edib ki, Aİ xarici işlər nazirlərinin iyulun 22-də keçiriləcək növbəti iclasında Ermənistana hərbi yardıma son yaşıl işıq yandıracağı gözlənilir.

Aprelin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev Qərb dövlətlərinə Avropa Sülh Mexanizmi vasitəsilə “Ermənistanı silahlandırmaq” barədə xəbərdarlıq edib. Əliyev uzun müddətdir ki, Macarıstanın baş naziri Viktor Orbanla isti münasibət saxlayır.

Digər Aİ-yə üzv dövlətlərdən fərqli olaraq, Macarıstan Qarabağ münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyib.

Editor

Related Posts