Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qəzzada bir gündə 50 fələstinli həlak oldu

Qəzzada bir gündə 50 fələstinli həlak oldu

İsrail qüvvələrinin Fələstin anklavında apardığı hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında son 24 saat ərzində 50 fələstinli həlak olub.

Birinci24.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.

“Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 50 nəfər ölüb, 54 nəfər yaralanıb”, – nazirlikdən bildirilib.

Qeyd olunub ki, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 38 min 345 nəfərə, yaralananların sayı isə 88 min 295 nəfərə çatıb.

Editor

Related Posts