Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 19,7 faiz artıb

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 19,7 faiz artıb

Birinci24 informasiya agentliyi xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 6,3 faiz artıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,1 milyon manata yaxın olub.

Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 19,7 faiz artıb və 13,5 milyon manat təşkil edib.

Həmçinin 1 iyun 2024-cü il tarixədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. 2024-cü ilin 5 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə artaraq 560,5 min manat olub.

Eyni zamanda 1 iyul 2024-cü il tarixə muxtar respublika ərazisində online yeni nəsil NKA-ların sayı 2.738 ədəd olub ki, bu da 1 yanvar 2023-cü illə müqayisədə 65,2 dəfə çoxdur. 2024-cü ilin yanvar – iyun ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 191,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 108,1 milyon manat və ya 2,3 dəfə çoxdur.

Editor

Related Posts