Today Cümə, 18th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda vergi daxilolmaları üzrə proqnozda ciddi artım olub

Naxçıvanda vergi daxilolmaları üzrə proqnozda ciddi artım olub

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 2024-cü il üçün müəyyən olunmuş proqnoz 2023-cü illə müqayisədə 17,1 milyon manat və ya 11,6 faiz çoxdur. 2022-ci illə müqayisədə isə 2024-cü ilin proqnozu 51,2 milyon manat və ya 45,3 faiz çoxdur.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin 1-ci rübündə qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon manat və ya 11 faiz artıb. 2022-ci illə müqayisədə 2023-cü ildə isə əməkhaqqı fondu 22,6 milyon manat və ya 41 faiz artıq olmuşdur.

Editor

Related Posts