Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şamaxıda toyda kütləvi zəhərlənmə baş verib

Şamaxıda toyda kütləvi zəhərlənmə baş verib

Şamaxının Məlikçobanlı kəndində toyda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Birinci24.com xəbər verir ki, mərasimdə iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. 10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qeyd olunub ki, Hospitalizasiya olunan şəxslərdən beşi azyaşlıdır. Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb. İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Editor

Related Posts