Today Cümə axşamı, 17th Oktyabr 2024
Birinci 24

Birinci 24

SOCAR bu bankın səhmlərini almağa hazırlaşır

SOCAR bu bankın səhmlərini almağa hazırlaşır

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Birinci24.com xəbər verir ki, iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda “Azər-Türk Bank” ASC-nin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.

Məlumat üçün bildirək ki, hazırda nizamnamə kapitalı 50 milyon manat olan “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə, 12,4%-i Türkiyənin “Ziraat bank”ına, 5,5%-i “AzRe Reinsurance” şirkətinə, 5%-i “Qala Həyat” şirkətinə, 1,1%-i isə “Ziraat Bank İnternational”a məxsusdur.

Qeyd edək ki, bu ilin ilk yarısında “Azər-Türk Bank” ASC-nin xalis mənfəəti 7 milyon 152 min manat olub.

Editor

Related Posts