Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Netanyahu Yaxın Şərqdə NATO-nun analoqunu yaratmağa çağırdı

Netanyahu Yaxın Şərqdə NATO-nun analoqunu yaratmağa çağırdı

İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə də Avropadakı kimi NATO-nun analoqunu yaratmağa çağırıb.

Birinci24.com xəbər verir ki, bu barədə o, ABŞ Senatı və Nümayəndələr Palatasının birgə iclasındakı çıxışında bildirib.

“İkinci Dünya Müharibəsindən sonra ABŞ artan Sovet təhlükəsinə qarşı durmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratdı və bu gün Amerika və İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər”, – İsrail Baş naziri qeyd edib.

Netanyahunun sözlərinə görə, yeni ittifaq “İbrahim razılaşmaları”nın davamı olmalıdır və buna görə də “İbrahim Alyansı” adlandırılmalıdır.

“İsraillə sülhə malik olan və olacaq bütün ölkələr bu ittifaqa dəvət edilməlidir”, – o əlavə edib.

Qeyd edək ki, İsraillə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşdırılmasına dair “İbrahim sazişi” 2020-ci ilin sentyabrında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə İsrail tərəfindən bağlanıb. Daha sonra Mərakeş və Sudan İsraillə münasibətlərin normallaşdığını elan ediblər.

Bəhreyn və BƏƏ ilə sülh bağlanmazdan əvvəl İsrail ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələrə malik olub.

Xatırladaq ki, bu, İsrail Baş nazirinin siyasi karyerasında Amerika konqresmenləri qarşısında dördüncü çıxışıdır. Netanyahu sonuncu dəfə 2015-ci ilin martında Konqresin hər iki palatasının birgə iclasında çıxış edib.

Editor

Related Posts