Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ordubadda “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib

Ordubadda “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Ordubad rayon İcra Hakimiyyətində “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Ordubad rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyələrin, polis və təhsil müəssisələri əməkdaşlarının iştirakı ilə “Münaqişəli ailələr: Məişət zorakılığı, cinayətə aparan yol və onların qarşısının alınması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ordubad rayon İcra Hakimiyyətinin şöbə müdiri Elçin Hüseynov da iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Daxili İşlər Nazirliyinin şöbə rəisi İman Quliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, psixoloq Çapay Quliyev mövzu ilə bağlı çıxış ediblər.

Editor

Related Posts