Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda COP 29-la bağlı konfrans keçiriləcək

Naxçıvanda COP 29-la bağlı konfrans keçiriləcək

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP 29-la bağlı konfrans keçiriləcək.

Naxçıvan Muxtar respublikasının yaranmasının 100 illiyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” tədbirləri çərçivəsində keçiriləcək konfrans iştitrakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, COP 29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və konfrans iştirakçıları Ulu Öndəin abidəsi önünə tər güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev səfər çərçivəsində həmçinin Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maddi-texniki bazası ilə tanışlıq olacaq, nazirlikdə vətəndaşların qəbulunu həyata keçirəcək.

Editor

Related Posts