Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Harris sentyabrın 10-da debatda iştirak etməyə razılıq verdi

Harris sentyabrın 10-da debatda iştirak etməyə razılıq verdi

ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 10-da ABC telekanalında ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla debatda iştirak edəcək.

Birinci24.com xəbər verir ki, bu barədə o, “NBC” telekanalına deyib.

“Mən Donald Trampla debatı səbirsizliklə gözləyirəm və bizim tariximiz var – 10 sentyabr”, – o bildirib.

Lakin o, Trampın daha əvvəl elan etdiyi digər raundlar barədə heç nə deməyib.

Qeyd edək ki, Tramp avqustun 8-də Amerika televiziya şirkətləri ilə sentyabrda prezidentliyə namizədlər arasında üç raund televiziya debatının keçirilməsi ilə bağlı razılığa gəldiyini bildirib. Belə ki, Tramp onun seçki yarışındakı rəqibi ilə “Fox News”da sentyabrın 4-də, ABC-də sentyabrın 10-da, NBC-də isə sentyabrın 25-də teledebatlar təşkil etmək istəyir.

Editor

Related Posts