Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran Haniyənin qətlinə cavab olaraq “Mossad” kəşfiyyat qərargahını vura bilər

İran Haniyənin qətlinə cavab olaraq “Mossad” kəşfiyyat qərargahını vura bilər

İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə və “Hizbullah” hərəkatının komandirlərindən Fuad Şükrün Beyrutda zərərsizləşdirilməsinə cavab olaraq İsrailin kəşfiyyat xidməti “Mossad”ın Təl-Əvivdəki qərargahına hücum edə bilər.

Birinci24.com xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat verib.

Məlumata görə, hücum əsasən Təl-Əviv hökumətinin Kiriya məhəlləsinə, İsrail Baş Qərargahının bazasının yerləşdiyi Rabin düşərgəsinə (1995-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilən İsrail Baş naziri İsak Rabinin adını daşıyır) baş verə bilər.

Telekanal İranın zərbəsi üçün digər potensial hədəflər kimi İsrail Hərbi Hava Qüvvələrinin Palmaxim, Tel Nof və Sdot-Mixa bazalarını, eləcə də radioelektron kəşfiyyata cavabdeh olan 8200-cü bölmənin qərargahını göstərib.

Eyni zamanda, “Press TV” cavab tədbirinin vaxtı və üsulu ilə bağlı heç bir məlumatı olmadığını bildirib. Lakin telekanal zərbənin gizli yeraltı rabitə vasitələrini və bunkerləri məhv etmək üçün xüsusi döyüş başlığına malik ballistik raketlərlə həyata keçiriləcəyini ehtimal edir.

Editor

Related Posts