Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bəlkə də bu, Yaxın Şərqdə sülh üçün son şansdır” – Blinken

“Bəlkə də bu, Yaxın Şərqdə sülh üçün son şansdır” – Blinken

“İsrail və HƏMAS radikal qruplaşması arasında hazırkı danışıqlar girovların azad edilməsi və Yaxın Şərqdə atəşkəsin əldə edilməsi üçün bəlkə də son şansdır”.

Birinci24.com “Ynet” portalına istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfəri zamanı Prezident İsaak Hersoqla görüşündən əvvəl deyib.

“Bu, oktyabrın 7-dən bəri İsrailə və Yaxın Şərqə doqquzuncu səfərimdir və bu, atəşkəsə nail olmaq və girovları evlərinə qaytarmaq üçün bəlkə də son şansdır”, – Blinken bildirib.

Onun sözlərinə görə, danışıqların iştirakçılarının onları dayandırmaq üçün səbəb axtarmaqdan əl çəkməsinin vaxtı çatıb.
Qeyd edək ki, ABŞ dövlət katibi İsrailə növbəti səfərə gedib.

Xatırladaq ki, avqustun 15-də Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovları azad etmək məqsədi ilə Dohada məsləhətləşmələrin yeni raundu başlayıb. Danışıqlardan sonra ABŞ, Qətər və Misirin birgə bəyanatında danışıqların konstruktiv və müsbət atmosferdə keçdiyi qeyd edilib. Tərəflər növbəti görüşün bu həftənin sonunadək Qahirədə keçirilməsi barədə razılığa gəliblər.

Danışıqların hazırkı mərhələsi ABŞ, Qətər, Misir və İsrail nümayəndələrinin iştirakı ilə keçirilir. Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti iclasda iştirakdan imtina edib.

Editor

Related Posts