Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pezeşkianın Nazirlər Kabineti təsdiqləndi – İlk qadın nazir təyin olundu

Pezeşkianın Nazirlər Kabineti təsdiqləndi – İlk qadın nazir təyin olundu

İranın yeni Prezidenti Məsud Pezeşkianın təklif etdiyi siyahıdan bütün nazirlərin namizədliyi İslam Respublikası parlamenti (Məclis) tərəfindən təsdiqlənib.

Birinci24.com İran KİV-ə istinadla xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Siyasətçilərin adlarını Məclisin sədri Məhəmməd Bağır Qalibaf oxuyub.

Pezeşkian hökumətin namizədlərinin siyahısını avqustun 11-də parlamentə təqdim edib.

Əvvəlki kabinetin portfelini saxlayan yeganə nazir kəşfiyyat naziri İsmail Xətibi olub.

Məclis 2001-ci ildən bəri ilk dəfədən və eyni vaxtda bütün hökumət üzvlərinə etimad səsverməsi edib.

2017-2021-ci illərdə xarici işlər nazirinin müavini işləmiş və uzun müddət ölkənin nüvə proqramı ilə bağlı danışıqlara rəhbərlik etmiş Abbas Əraqçı xarici işlər naziri olub. İndiyədək İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsini icra edən general-mayor Əziz Nəsirzadə isə müdafiə naziri təyin edilib.

Həmin nazirliyin keçmiş müavini Möhsün Paknejad neft naziri, Mərkəzi Bankın keçmiş rəhbəri Abdulnəsir Həmmati iqtisadiyyat naziri, Narkotiklərlə Mübarizə Baş İdarəsinin baş katibi İskəndər Mömini isə daxili işlər naziri olub.
İranın yol və şəhərsalma naziri isə Fərzanə Sadiq olub. Beləliklə, İranda ilk dəfə bir qadın nazir təyin edilib.

Editor

Related Posts