Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan ABŞ-nin nüvə texnologiyası ilə bağlı “123 sazişi”nə qoşula bilər

Ermənistan ABŞ-nin nüvə texnologiyası ilə bağlı “123 sazişi”nə qoşula bilər

ABŞ Ermənistanın Amerikanın mülki nüvə texnologiyasını almasına imkan verəcək “123 sazişi”nə qoşulmaq üçün “nüvə” müraciətini nəzərdən keçirir.

Birinci24.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

Departament nümayəndəsi danışıqların təfərrüatlarını açıqlamasa da, Ermənistanın müraciətinin diqqətlə nəzərdən keçirildiyini qeyd edib.  

“ABŞ hökuməti danışıqlar prosesinin təfərrüatlarını açıqlamır, lakin biz bildirə bilərik ki, Dövlət Departamenti Ermənistanın “123 sazişi” ilə bağlı müraciətini diqqətlə nəzərdən keşirir”, – Dövlət Departamentinin nümayəndəsi bildirib.

ABŞ federal qanunlarına əsasən, nüvə texnologiyasının digər ölkələrə ötürülməsi üçün ABŞ Atom Enerjisi Agentliyi Aktının 123-cü maddəsinin imzalanması tələb olunur. 2022-ci ilə qədər ABŞ 48 ölkə və ərazi ilə belə sazişlər imzalayıb.

Qeyd edək ki, Ermənistanın “123 sazişi”nə qoşulması sovet dövründə tikilmiş Metsamor AES-i əvəz edəcək Amerika texnologiyalı yeni AES-in tikintisinə yol aça bilər.

Editor

Related Posts