Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əməliyyata hazırlanan hamilə qadın anesteziyadan şoka düşüb: özü və körpəsi ölüb

Əməliyyata hazırlanan hamilə qadın anesteziyadan şoka düşüb: özü və körpəsi ölüb

Avqustun 21-də Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzində ana və bətnində körpəsi ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, 2000-ci il təvəllüdlü Xaçmaz sakini “Hamiləlik 38 həftə. Uşaqlıq üzərində çapıq” diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.

“Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatının ağrısızlaşdırılma etapında saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub”, – TƏBİB-in məlumatında deyilir.

Bildirilir ki, göstərilən şok əleyhinə intensiv reanimasiya tədbirlərinə baxmayaraq, ana və bətnindəki körpə həmin gün, avqustun 21-də saat 15:00 radələrində vəfat edib.

APA yazır ki, vəfat edən Xaçmazın Hülövlu kənd sakini Nəsirova Samirə Bəhruz qızının ikinci hamiləliyi olub.

Onun 3 yaşında daha bir övladı var.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts