Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pakistanda ölənlərin sayı 51 nəfərə çatıb – Yenilənib

Pakistanda ölənlərin sayı 51 nəfərə çatıb – Yenilənib

Separatçı yaraqlıların Pakistanın Bəlucistan əyalətində magistral yollara və polis məntəqələrinə hücumları və təhlükəsizlik qüvvələrinin cavab əməliyyatları nəticəsində ən azı 51 nəfər həlak olub. 

Birinci24.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.  

“Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş plandır”, –  daxili işlər naziri Mohsin Naqvi bildirib.
O, təhlükəsizlik qüvvələrinin bazar və bazar ertəsi hücumlardan sonra həyata keçirdiyi əməliyyatlarda 12 yaraqlının öldürüldüyünü qeyd edib.

***12:04

Pakistanın cənub-qərbində silahlı şəxslər 23 sərnişini avtobuslardan, minik maşınlarından və yük maşınlarından düşürdükdən sonra güllələyiblər.

Birinci24.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, yüksək rütbəli polis məmuru Ayub Açakzai bildirib ki, qətllər bir gecədə Bəlucistan əyalətinin Musaxail rayonunda baş verib.

Hücum edənlər hadisə yerindən qaçmazdan əvvəl ən azı 10 avtomobili yandırıblar.

Bazar ertəsi səhər saatlarında həyata keçirilən ayrı bir hücumda silahlı şəxslər Bəlucistanın Qalat rayonunda 4 polis məmuru və 5 yoldan keçən şəxs də daxil olmaqla azı 9 nəfəri öldürüblər.

Həmçinin əyalətin digər bölgələrində də atışmaların olduğu bildirilir.

Üsyançılar vilayətin Bolan rayonunda dəmiryolunu partladıb, dəmiryol hərəkətini pozublar. Silahlı şəxslər Bəlucistanın Mastunq rayonunda da polis məntəqəsinə hücum ediblər, lakin itkilər barədə məlumat verilməyib.

Prezident Asif Əli Zərdari və daxili işlər naziri Möhsin Nəqvi ayrı-ayrı bəyanatlarda bu hücumları “barbarlıq” adlandırıb və bunun arxasında duranların ədalətdən qaça bilməyəcəyinə söz veriblər.

Qeyd edək ki, baş verən qətllərə görə məsuliyyəti üzərinə götürən olmayıb.

Editor

Related Posts