Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elza aktyorları sərt tənqid etdi – “Bizim tərbiyəmizi pozurlar”

“İndiki aktyorların bəzisinə yazığım gəlir. Nə sənət, nə özləri, nə də tarix üçün çalışırlar. Öz tembrinda danışmırlar. Həyatda görürsən ki, gözəl insandır. Televiziya da isə kiminsə obrazıdır. Həyatda görəndə tanımıram. Efirə elə formada çıxırlar ki…”.

Bu sözləri Əməkdar artist Elza Seyidcahan “7 canlı” proqramında deyib. Müğənni aktyorları tənqid edib. O bildirib ki, aktyorlar efirdə işlətdikləri bəzi sözlərlə uşaqların tərbiyəsini pozur:

“Elə diksiyada danışırlar ki: bütün tamaşada eynidirlər. Filmin, serialın adı dəyişir, ləhcəsi eynidir. Deyirəm ki, ömrünü çürütdü onlar. Küçə söhbətlərini səhnəyə gətirirlər. Obrazı camaatın beyninə yeridir, təbliğ edirlər. Uşalqar da onlara baxıb, elə danışır. Aktyorlarımız bizi tərbiyələndirirdi. İndi aktyorlar bizim tərbiyəmizi pozurlar. Arif Quliyevi izləyirdik, necə dərs götürürdük. Onun tələbəsi olmuşam, mənə ata kimi dəstək durub. Demirdi, gözəl qızsan. Deyirdi ki, istedadlı qızsan. İndi bəziləri var ki, ata kimi dayaq olmaqdansa…”.

admin

Related Posts