Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda yanğınlar olub

Naxçıvanda yanğınlar olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə günün müxtəlif saatlarında Babək rayon Cəhri qəsəbəsində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində həyətyanı və Babək məhəlləsində quru otluq sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, məlumatlarla əlaqədar Naxçıvan şəhər və Babək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Editor

Related Posts