Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 778 570 manat vəsait xərclənib

Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 778 570 manat vəsait xərclənib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-avqust ayları ərzində 778 min 570 manat vəsait xərclənib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, qeyd olunan dövrdə fond müalicə və psixoloji dəstək istiqaməti üzrə 85 nəfərə 91 min 905, məişət şəraitinin yaxşılaşdırılması üçün isə 188 nəfərə 481 min 330 manat yönəldib. Həmçinin borc öhdəliklərinin qarşılanması üçün 20 nəfərə 165 min 902, təhsil haqqının ödənilməsi məqsədilə 1 nəfərə 3400, digər istiqamətlər üzrə isə 36 min 33 manat xərclənib.

Editor

Related Posts