Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda mənzil fondunun (yaşayış sahələri) ümumi sahəsi 230 milyon 377, 2 min kv. metr olub.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, mənzil fondunun 95,7%-i və ya 220 milyon 457,2 min kv. metri qeyri-dövlət (özəl) mülkiyyətinə aiddir.

Qeyd edək ki, mənzil fondunun 26,7%-i və ya 61 milyon 587,3 min kv. metri Bakı şəhərində yerləşir.

Açıqlanan məlumatlarda diqqət çəkən məqamlardan biri odur ki, işğaldan azad olunan Şuşa rayonunda mənzil fondunun hamısı dövlət mülkiyyətində olub. Bu ilin əvvəlinə olan məlumata görə, ilk dəfə olaraq Şuşa rayonunda 35,4 min kv. metr mənzil fondu qeydə alınıb. Qeydə alınan yaşayış sahələrinin hamısı dövlət mülkiyyətində olub. Şuşada özəl mülkiyyətdə olan yaşayış sahəsi mövcud olmayıb.

Bənzər vəziyyət Laçın və Zəngilan rayonlarında da qeydə alınıb. Laçın rayonunda mövcud olan 106,2 min kv. metr, Zəngilan rayonunda mövcud olan 25,8 kv. metr yaşayış sahələrinin heç biri özəl mülkiyyət olmayıb.

Editor

Related Posts